Milli Gimnastika Arenasında xoreoqrafiya ilə bağlı ustad dərsləri təşkil olunub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə xoreoqrafiya ilə bağlı müxtəlif mövzularda ustad dərsləri keçirilib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dərslərdə “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Grasiya” idman klubu, Su İdman Sarayı və digər klublardan məşqçilər, xoreoqraflar və gimnastlar iştirak ediblər.

Ustad dərslərinin təşkilində məqsəd bədii gimnastika üzrə xoreoqrafiyanın daha da təkmilləşdirilməsi olub.

Xəbər 265 dəfə oxundu.