Maksim Medvedev “Qarabağ”da 500-cü matçını keçirib
Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ”da 500-cü matçını keçirib.

Yubiley Premyer Liqanın XXII turuna təsadüf edib. Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Futbolçu bu matçlarda 17 qol vurub. O, Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.

Qeyd edək ki, karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən müdafiəçi yetirməsi olduğu klubun əsas komandasında 2006-cı ildə debüt edib.

Xəbər 351 dəfə oxundu.