“IronWind duatlon” turnirinin qalibləri müəyyənləşib
Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind duatlon” turniri təşkil olunub.

idmançılar ardıcıl olaraq, 5 kilometr qaçış, 20 kilometr velosiped və yenidən 2,5 kilometr qaçış məsafəsi qət ediblər.

Kişilər arasında Dinçar Yılmaz yarışın qalibi olub. Teymur Faracov turniri ikinci, Renat Baxışov isə üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Rəbiyyə Orucova, Marina Belan və Ayan Nəcəf tutublar.

Xəbər 301 dəfə oxundu.