“Ferentsvaroş” tarixində 33-cü dəfə Macarıstan çempionu adını qazanıb
Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.

“Ferentsvaroş” sona 4 tur qalmış titula sahib çıxıb.

S.Çerçesovun baş məşqçisi olduğu komanda XXIX turda evdə “Uypeşt”ə 2:1 hesabı ilə qalib gəlib və xallarının sayını 62-yə çatdırıb.

Qırx doqquz xalla 2-3-cü yerləri bölüşdürən “Kişvarda” və “Puşkaş Akademiya”sının liderə çatmaq üçün şansı qalmayıb.

Qeyd edək ki, “Ferentsvaroş” tarixində 33 dəfə ölkə çempionu adını qazanıb. Komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında səpələnmişlər səbətində yer alacağından, birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi ilə qarşılaşmayacaq.

Xəbər 221 dəfə oxundu.