Moskva aeroportları əməkdaşlarının bir hissəsini müvəqqəti məzuniyyətə göndərib
Moskva aeroportları əməkdaşlarının bir hissəsi üçün natamam iş rejimi tətbiq edir.

Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportu əməkdaşlarının 30 faizini ixtisar edəcəyini, bir hissəsini isə natamam iş rejiminə keçirəcəyini bildirib. “İzvestiya” qəzetinin yazdığına görə, aeroportun mətbuat xidməti işə qəbulun da dayandırıldığını elan edib.

“Vnukovo” aeroportunda 3500-ə yaxın əməkdaş çalışır. Sərnişin axının indiki səviyyədə qalacağı təqdirdə, onların 2000 nəfərə qədərinin ixtisar ediləcəyi bildirilib. Mart ayında aeroportdan 990 min sərnişin istifadə edib. Bu, ötən illə müqayisədə 19 faiz azdır.

Rusiya paytaxtının digər hava limanlarının əməkdaşları arasında da ixtisarlar gözlənilir. “Domodedovo” hava limanı əməkdaşlarının bir hissəsini, “Şeremetyevo” isə 20 faizini natamam iş rejiminə keçirib.

Xəbər 265 dəfə oxundu.