İtaliya A Seriyası: "Milan" son dəqiqələrdə vurduğu qolla "Latsio"dan üstün olub | |
Aprelin 24-də futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində “Milan” səfərdə “Latsio”nu məğlub edib. Romada keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Çiro İmmobile (4-cü dəqiqə) fərqlənib, Olivye Jiru (50) və Sandro Tonali (90+2) isə “Milan”ın qollarına imza atıblar. “Milan”ın son 3 görüşünü zədə səbəbindən buraxan hücumçu Zlatan İbrahimoviç 68-ci dəqiqədə meydana daxil olub, məhsuldar ötürmə edib və sarı vərəqə alıb. Qeyd edək ki, “Milan” 74 xal toplayıb və A Seriyasında ikinci yerdə qərarlaşan “İnter”i iki xal qabaqlayaraq birinci yerdədir. Üçüncü pillədə qərarlaşan “Napoli” səfərdə gözlənilmədən “Empoli”ə uduzub 3:2. Bununlada neapol təmsilçisi “Milan” və “İnter”dən altı xal geriləyib. Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Salernitana” – “Fiorentina” - 2:1; “Bolonya” – “Udineze” - 2:2; “Genoa” – “Kalyari” - 1:0; “Torino” – “Spezia” - 2:1; “Venesiya” – “Atalanta” - 3:1; “İnter” – “Roma” - 3:1; “Verona” – “Sampdoriya” - 1:1. |
|
Xəbər 242 dəfə oxundu. |
|
|