Paracüdoçularımız Antalya Qran-Pri yarışında 2 medal qazanıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo üzrə yığma komandasının üzvü Xatirə İsmiyeva Antalyada keçirilən Qran-Pri yarışında gümüş medal qazanıb.

Turnirdə 70 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz finalda məğlub olaraq turniri ikinci pillədə başa vurub.

Digər idmançımız Saleh Sultanov (90 kq) bürünc medal uğrunda görüşdə məğlub olub.

Ötən gün paracüdoçumuz Namiq Abaslı (73 kq) turnirin gümüş medalına yiyələnmişdi.

Beləliklə, millimiz turniri 2 gümüş medalla başa vurub.

Xəbər 271 dəfə oxundu.