Bakı “İnter”i Tiflisdə hazırlıqları davam etdirir
Tiflisdə təlim-məşq toplanışında olan “İnter” çempionat oyunlarına hazırlıqları davam etdirir. Komandanın sonuncu məşqində Azərbaycan yığmasının sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev, Arif Daşdəmirov və Azərbaycanın U-21 millisinin düşərgəsində olan Abdulla Abatsiyevdən başqa bütün futbolçular qatılıblar.

İstirahətdən yenicə dönən Brüs Abdullaye və Peter Zlatinov məşqlərə qatılanlar sırasındadır. Hər 2 futbolçu fərdi qayda üzrə çalışıb. Onlar əsasən qaçış və yüngül isinmə hərəkətləri ilə məşğul olublar

Qeyd edək ki, paytaxt təmsilçisi bu gün “Spartak” (Sxinvali) klubu ilə qarşılaşacaq.

Xəbər 884 dəfə oxundu.