Dünya kuboku yarışlarında gürzlərlə proqramda mükafatçılar müəyyənləşib
Paytaxtımızda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında gürzlərlə proqramda mükafatçılar müəyyənləşib.

Bütün rəqiblərini qabaqlayan İsrail gimnastı Daria Atamanov 30,950 xalla qızıl medal qazanıb.

Latviyalı Yelizaveta Polstyanaya 30,700 xalla ikinci, İtaliya gimnastı Sofiya Raffaeli 29,800 xalla üçüncü olublar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 445 dəfə oxundu.