Şahmatçımız Vasif Durarbəyli “Kapablanka memorialı” turnirində çıxışını davam etdirir
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” davam edir.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 5-ci turda yerli idmançı Luis Ernesto Quesada ilə heç-heçə edib. Ötən 5 turun nəticəsinə görə, şahmatçımız liderdən bir xal geri qalaraq (3 xal) 3-6-cı yerləri bölüşür.

Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.


Xəbər 208 dəfə oxundu.