Bolqarıstan gimnastı Bakıda keçirilən dünya kuboku yarışlarında birinci olub
Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında topla hərəkətdə birinci olub.

Gimnastın final mərhələsində çıxışı 33,050 xalla qiymətləndirilib.

İlk üçlüyü İtaliya gimnastları Milena Baldassarri (30,800 xalla) və Sofia Raffaeli (30,650 xal) tamamlayıblar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 235 dəfə oxundu.