İrina Zaretska Karate-1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Portuqaliyada Karate-1 Premyer Liqa turniri davam edir.

Yarışın ikinci günündə Azərbaycan karateçisi İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi italiyalı Silvia Semerado olacaq. Komandamızın digər üzvü Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşündə yarışmaq hüququ əldə edib. O, üçüncü yer uğrunda Xorvatiya təmsilçisi Andjelo Kvesic ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl gənc karateçimiz Fərid Ağayev (75 kq) də finala yüksəlib. Digər idmançımız Tural Ağalarzadə (67 kq) isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları aprelin 24-də keçiriləcək. Karate-1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir. Azərbaycan komandası mövsümün ikinci turnirində 14 idmançı ilə təmsil olunur.

Xəbər 1111 dəfə oxundu.