“Lokomotiv” klubu supertransferə imza atıb
Bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu supertransferə imza atıb. Bakı klubu İsrail millisinin üzvü Tatyana Artmenkonu heyətinə qatıb.
Ukrayna əsilli 36 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. O, indiyədək “Makkabi” (Tel-Əviv, 1990-1991), “Hapoel” (Arad, 1991-1993), “Emek Hefer” (hər üçün İsrail, 1993-1995), “Hisamitsu Sprinqs” (Yaponiya, 1995-1997), “Volley Kats” (Almaniya, 1997-1998), “Pallavolo Palermo” (1998-2000), “Kalabriya” (hər ikisi İtaliya, 2000-2001), “Reksona-Ades” (Braziliya, 2001-2003), “Cesi” (İtaliya, 2003-2004), “Fornarina” (2004-2005), “Sassuolo” (2005-2006), “Peruca” (2007-2008), “Urbino” (hamısı İtaliya, 2008-2009) və “Agel” (Çexiya, 2010-2012) klublarının şərəfini qoruyub. Artmenko 2002-ci ildən İsrail yığmasında çıxış edir.
İsrailli voleybolçu 2008-ci ildə “Peruca” ilə Çempionlar Liqasının qalibi olub. O, həmçinin İtaliya Super Kubokunu, 2 dəfə Çexiya çempionluğunu və kubokunu qazanıb.

Xəbər 1128 dəfə oxundu.