Azərbaycan Vinq Çun Federasiyası ölkə çempionatı keçirir
Azərbaycan Vinq Çun Federasiyası koronavirus pandemiyası ilə əlaqədar uzun fasilədən sonra aprelin 23-də Bakı İdman Sarayında ölkə çempionatı keçirir.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan ikinci Azərbaycan çempionatında idmançılar iki kateqoriyada mübarizə aparırlar. Belə ki, yarış Beynəlxalq Vinq Çun Birliyinin qaydalarına əsasən vinq çun tao lu və vinq çun kontakt üzrə təşkil olunub.

Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Məclisin deputatları, bir sıra federasiyaların rəhbərləri, Gürcüstan və Türkiyə Vinq Çun federasiyalarının rəhbərləri, eləcə də Olimpiya və dünya çempionları iştirak edirlər.

Çempionat iki gün davam edəcək.

Xəbər 235 dəfə oxundu.