Futbolçumuz Fərid Nəbiyevin komandası Çexiya İkinci liqasında növbəti oyununu keçirib
Futbol üzrə Çexiya İkinci divizionunda 25-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

F.Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 46-ci dəqiqədə meydana daxil olub.

“Viktoriya” 25 turdan sonra 13 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər 239 dəfə oxundu.