Futzal üzrə Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb
Futzal üzrə Azərbaycan Yüksək Liqasında əsas mərhələnin sonuncu - XXI turunun oyunları keçirilib. Son turun oyunları “Olimpik Star”da baş tutub.

Turun ilk matçında lider “Araz-Naxçıvan” komandası “Alyans”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib – 19:3.

EKOL bu dəfə “Record”u sınağa çəkib və 5:2 hesabı ilə qalib gəlib. Son oyun isə U-19 ilə “Baku Fire” arasında baş tutub. “Baku Fire” bu görüşdə milli üzərində əzmkar qələbə qazanıb - 5:3.
Bununla da Yüksək Liqada 2021/2022-ci il mövsümünün əsas mərhələsinə yekun vurulub. "Araz", EKOL, "Neftçi" İK və "Baku Fire" komandaları mübarizəni pley-offda davam etdirəcək. U-19, "Record" və "Alyans" üçün isə mövsüm başa çatıb. “Xilə” daha öncə ardıcıl üç oyunda səbəbsiz şəkildə meydana çıxmadığı üçün yarışdan kənarlaşdırılmışdı.

Xəbər 245 dəfə oxundu.