Paracüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisinin finalına vəsiqə qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandanın üzvü Namiq Abaslı Antalyada Qran-Prinin finalına yüksəlib.

Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçu dörddəbir finalda özbəkistalı, yarımfinalda isə qazaxıstanlı rəqibini məğlub edib. Finalda N.Abaslı gürcüstanlı Giorgi Kaldani ilə qarşılaşacaq.

Təmsilçimiz İsmayıl Muradov (60 kq) dörddəbir finalda türkiyəli cüdoçüya qalib gəlsə də, daha sonra yarıfinalda özbəkistanlı rəqibinə məğlub olub. İ.Muradov bürünc medal uğrunda qırğızıstanlı Tamirlan Abdıkerimov ilə görüşəcək.
Digər təmsilçimiz Anar İsmayılzadə (73 kq) ilk qarşılaşmada rəqibinə məğlub olaraq yarışda mübarizəni dayandırıb.
Qran-Prinin final mərhələsi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər 351 dəfə oxundu.