Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək
Aprelin 23-də şahmat üzrə çempionlar turunun “Oslo Esports Cup” mərhələsində ikinci turun oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci qarşılaşmada Hindistan şahmatçısı Praqnanandha Rameşbabu ilə üz-üzə gələcək.
Şahmatçımız birinci turda vyetnamlı Le Quanq Liyemi 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğradıb.

Turnirin iştirakçıları hər turda rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparırlar. Yarış aprelin 28-dək davam edəcək.

Xəbər 206 dəfə oxundu.