On yeddi yaşadək güləşçilər arasında Azərbaycan çempionatına yekun vurulub
On yeddi yaşadək güləşçilər arasında Azərbaycan çempionatı başa çatıb.

Yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elvin İbadov (48 kq), Tural Əhmədov (55 kq), Əli Əlizadə (65 kq), İsmayıl Rzayev (80 kq) və Məzahim Mərdanov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 227 dəfə oxundu.