Göygöl Olimpiya İdman Kompleksində region idmançıları üçün cüdo üzrə təlim-məşq toplanışı keçirilir
Göygöl Olimpiya İdman Kompleksində regionlarda yaşayan 15 yaşadək cüdoçular üçün təlim-məşq toplanışı keçirilir.

Təlim-məşqlər mayın 6-8-də keçiriləcək 15 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlıq məqsədi daşıyır.

Hazırlıq prosesində ölkəmizin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 120-yə yaxın yeniyetmə cüdoçu iştirak edir.

Təlim-məşqlərin təşkilində əsas məqsəd region idmançıları arasında rəqabətinin artırılması, kiçik yaşlı cüdoçularımızın gələcəkdə təcrübəli, peşəkar idmançı kimi yetişməsi, onların yerli və beynəlxalq yarışlarda uğurla təmsil olunmasıdır. Eyni zamanda, bu cür təlimlərin təşkili regionlarda cüdonun kütləviliyinin artırılmasına, gənclərin fiziki və mənəvi tərbiyəsinə töhfə verməkdən ibarətdir.
Hazırlıq aprelin 30-dək davam edəcək.

Xəbər 258 dəfə oxundu.