Cüdoçularımız Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları davam etdirirlər
Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına hazırlıqları davam etdirirlər.

Gənclər və idman naziri Fərid Qayıbov və federasiyanın prezidenti Rəşad Nəbiyev yığma komandanın təlim-məşq proseslərini izləyib, məşqçi korpusu ilə söhbət edib, müzakirələr aparıblar.

Qitə çempionatı aprelin 29-dan mayın 1-dək təşkil ediləcək. Yığma komandamızın bu nüfuzlu yarışda 11 idmançı ilə təmsil olunması nəzərdə tutulur.

Xəbər 317 dəfə oxundu.