Qadın futbolu tarixində azarkeş sayına görə yeni rekord müəyyənləşib
Qadın futbolu tarixində azarkeş sayına görə yeni rekord müəyyənləşib.

Bu, Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"nın "Volfsburq"la matçında qeydə alınıb. “Kamp Nou” stadionundakı görüşü 91 min 648 nəfər izləyib. Belə nəticə qadın futbolu üçün rekord göstəricidir. Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəlki rekord da "Barselona"ya məxsus idi. 2022-ci il martında “Real Madrid” ilə “El-Klassiko”nu 91.553 nəfər azarkeş izləyib.
Qeyd edək ki, "Barselona" "Volfsburq"a 5:1 hesabı ilə qalib gəlib.

Xəbər 461 dəfə oxundu.