Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirinə qələbə ilə başlayıb
Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışları start götürüb.

Nüfuzlu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk görüşünü vyetnamlı Le Quanq Liyemə qarşı keçirib. Birinci tur çərçivəsində baş tutan qarşılaşma şahmatçımızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. Turnir aprelin 28-dək davam edəcək.

Xəbər 413 dəfə oxundu.