Yeniyetmə cüdoçularımız Strasburqda keçiriləcək Avropa kuboku yarışında iştirak edəcəklər
Aprelin 23-də Strasburqda yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.

Turnirdə Azərbaycanın 18 cüdoçusu iştirak edəcək. Oğlanların yarışında Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq) Ramazan Əhmədov, Zaur Sarıoğlu (+90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızlardan ibarət komandanın heyətində isə Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq), Fidan Əlizadə (57 kq) yer alıblar.

Aprelin 24-də başa çatacaq Avropa kuboku yarışında 20 ölkədən 366-ya yaxın cüdoçu mübarizə aparacaq.

Xəbər 243 dəfə oxundu.