Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Ankarada yoxlama oyununda məğlub olub
Ankarada təlim-məşq toplanışını davam etdirən kişi basketbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Milli komandamız yerli “Mamakspor” ilə üz-üzə gəlib. Yığmamız görüşdə 69:86 hesabı ilə məğlub olub.

Millimizin heyətində Amil Həmzəyev 23 xalla komandasının ən məhsuldar basketbolçusu seçilib.

Xatırladaq ki, yığmamız bundan əvvəlki sınaq matçlarında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62, “TED Ankara Kollejiler” komandasına isə 92:77 hesabı ilə qalib gəlib, Super Liqa təmsilçisi “Afyon HDİ” kollektivinə 77:79 hesabı ilə məğlub olub.

Xəbər 264 dəfə oxundu.