Azərbaycanlı futbolçu Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək
Azərbaycanlı futbolçu Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi bu ölkənin “Limanovya” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

E.Nəbiyevin İkinci Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu Azərbaycanda “Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynayıb.

Xəbər 240 dəfə oxundu.