Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirlinin EUBC-nin Direktorlar Şurasına namizədliyi qeydə alınıb
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirlinin Avropa Boks Konfederasiyasının (EUBC) Direktorlar Şurasına namizədliyi qeydə alınıb.

Bunu qurumun Direktorlar Şurası təsdiqləyib.

EUBC aprelin 30-da keçiriləcək seçilər üçün namizədlərin tam siyahısını müəyyənləşdirib. Prezident postuna 4, Direktorlar Şurasına isə 15 namizədin adı siyahıya daxil edilib.

Xəbər 287 dəfə oxundu.