“İnter”in prezidenti kimlərə güvənir?
“Bu təcrübə bizim üçün yaxşı dərs olmalıdır. Həm baş məşqçi, həm də klub bu məğlubiyyətdən nəticə çıxarmalıdır”. İdman.com.az saytının məlumatına görə, bu sözü Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliya “İnter”inin prezidenti Massimo Moratti deyib. O, komandasının “A” seriyasının “Roma” ilə oyunundakı 1:3 hesablı məğlubiyyətə münasibət bildirib:

“Əlbəttə ki, bu dərs mənfi mənadadır. Lakin bundan da öyrənməliyik. Komandamız gəncdir. Yeni oyunçularımızın da sayı çoxdur. Onlar indi-indi bir-birinə uyğunlaşır. Onlara böyük ümidlərimiz var. Həm ayrı-ayrı futbolçular. Həm də komandadan çox şey gözləyirik. Sadəcə meydana çıxıb gözlənilənləri həyata keçirmək lazımdir”.

Xəbər 1122 dəfə oxundu.