Abdullah Zubir “Qarabağ”da 150-ci oyununu keçirib
Abdullah Zubir “Qarabağ”da 150-ci oyununu keçirib. Fransalı legionerin yubileyi Premyer Liqanın XXII turuna təsadüf edib.

“Sumqayıt”la səfər matçında (3:0) Zubir 150-ci dəfə Ağdam klubunun formasını geyinib.

O, bu qarşılaşmalarda 34 qola imza atıb. Futbolçu Premyer Liqada 88 (26 qol), avrokuboklarda 50 (8 qol), ölkə kubokunda 12 dəfə meydana çıxıb.

Qeyd edək ki, Zubir “Qarabağ”da 2018-ci ildə debüt edib.

Xəbər 385 dəfə oxundu.