Azərbaycan yığması bu gün Danimarka millisi ilə qarşılaşacaq | |
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Komandamız Viborq şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq. Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Millimizin yer aldığı E qrupuna 21 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb. |
|
Xəbər 252 dəfə oxundu. |
|
|