Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.

Millimiz Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin sonuncu matçında meydan sahibi komanda ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunun baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq. Ona Nargis Magau (Qazaxıstan) və Anni Koppel (Estoniya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını estoniyalı Triinu Laos yerinə yetirəcək.

Xatırladaq ki, millimiz daha öncəki oyunlarda Farer Adalarına 2:0 hesabı ilə qalib gəlib. Malta ilə matçda isə 1:2 hesabı ilə məğlub olub.

Xəbər 225 dəfə oxundu.