Azərbaycan şahmatçısı “Kapablanka memorialı”nda mübarizə aparır
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” keçirilir.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli ilk üç turda kubalı şahmatçılarla mübarizə aparıb. Belə ki, şahmatçımız birinci turda Yasser Perez Quesada ilə xalları yarı bölüb. O, növbəti görüşdə Daniel Karlos Kabreranı məğlub edib. Üçüncü turda Omar Quintana ilə heç-heçə edən V.Durarbəyli xalların sayını 2-yə çatdırıb. Bu nəticə ilə turnir cədvəlinin liderindən yarım xal geri qalan təmsilçimiz 3-4-cü yerləri bölüşür.

Qeyd edək ki, turnirdə Kuba və Azərbaycan ilə yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.

Xəbər 220 dəfə oxundu.