Azərbaycan Voleybol Federasiya ilə “Gəncə İdman Klubu” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
“Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov Gəncədə Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov ilə görüşüb. Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov da iştirak edib.

Görüş zamanı Gəncədə voleybol idman növünə böyük marağın olduğu vurğulanıb.

Qonağa Gəncə komandalarının ölkə çempionatlarında iştirak etmək istəmələri barədə məlumat verilib. F.Xəlilov istəyin Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcəyinə inamını ifadə edib.

Görüş zamanı 28, 22 nömrəli orta məktəbin, 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin idman zallarına və Gəncə Olimpiya İdman Kompleksinə də baxış keçirilib. Voleybol məşqləri üçün mövcud avadanlıqla tanış olan qonaqlar lazımı qeydlər ediblər.

Qeyd edək ki, Gəncənin voleybol komandaları əvvəlki mövsümlərdə ölkə çempionatında iştirak edib və yüksək nəticələr əldə ediblər.

Xəbər 342 dəfə oxundu.