Cüdoçularımız Fransada Avropa kuboku yarışında iştirak edəcəklər
Aprelin 23-24-də Fransanın Strasburq şəhərində kadetlər arasında cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək.

Yarışa Azərbaycan komandası da qatılacaq. Belə ki, turnirdə cüdoçularımızdan Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tərquliyev (73 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov, Zaur Sarıoğlunun (+90 kq) iştirakı planlaşdırılıb. Qızlar arasında isə Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə aparacaqlar.

Avropa kuboku yarışında iştirak etmək üçün indiyədək 18 ölkədən 250-dən çox cüdoçu qeydiyyatdan keçib.

Xəbər 620 dəfə oxundu.