Dubayda keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.

Sonuncu yarış günündə şpaqa növü üzrə gənc oğlan və qızlar arasında komanda yarışında qaliblər müəyyənləşib.

Nazilə Rəhimova, Alfiyə Abdinova, Aynur Quliyeva və Xədicə Həsənlidən ibarət komandamız ilk görüşdə İspaniya seçməsinə 36:45 hesabı ilə uduzub və dünya birinciliyində mübarizəni dayandırıb.

Xəbər 273 dəfə oxundu.