Qazaxıstan - Azərbaycan oyunu Astana Arenada təşkil olunacaq
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu il iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Nur-Sultan şəhərindəki Astana Arenada təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 232 dəfə oxundu.