Şahmatçı Ləman Hacıyeva qadınlar arasında Azərbaycan çempionatına vəsiqə qazanıb
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının seçmə yarışı başa çatıb.

7 turdan 6 xal toplayan Ləman Hacıyeva seçim turnirinin qalibi olub və böyüklərin Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Xatun Bağırova 5,5 xalla 2-ci, Lalə Hüseynova isə 5 xalla 3-cü yerin sahibi olublar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət olan yarışda 20 şahmatçı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 518 dəfə oxundu.