AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt"ın şikayətini təmin edib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt" klubunun apellyasiya şikayətini təmin edib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə martın 17-dəki qərarı ləğv olunub.

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi dekabrın 16-da baş məşqçisi Ayxan Abbasovu istefaya göndərib. Elnur Çodarov A.Abbasovun məşqçilər korpusunda yer alıb.

Xəbər 239 dəfə oxundu.