Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər üçün təlim keçirilib
AFFA-nın futbol akademiyasının meydançasında Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün təlim keçirilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahoda tərəfindən təşkil olunan təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub.

Təlimə AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik rəhbərlik edib.

Xəbər 232 dəfə oxundu.