Kişi voleybolçular arasında Azərbaycan birinci liqasına yekun vurulub | |
Kişi voleybolçular arasında Azərbaycan birinci liqası başa çatıb. Bu gün baş tutan həlledici görüşlərdə əvvəlcə bürünc medalçının adına aydınlıq gəlib. Üçüncü yer uğrunda görüşdə “Murov-2” və “Masallı" üz-üzə gəlib. Matç gənclərdən ibarət birincilərin üstünlüyü ilə başlayıb. İlk setdə 25:21 ilə qalib gələn “Murov-2” ikinci hissədə 20:25 hesabı ilə məğlub olub. Gənclər üçüncü setdə 25:22 hesabı ilə qalib gəlsələr də, dördüncü hissədə yenidən “Masallı" status-kvonu bərpa edib - 25:20. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-brekdə müəyyən olunub. Sonuncu setdə daha az səhv edən “Murov-2” hissəni 18:16 hesabı ilə qazanaraq matçın qalibi olub - 3:2. “Murov” voleybol klubunun idman zalında təşkil olunan finalda isə “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil”lə qarşılaşıb. Qızıl medal uğrunda gedən mübarizənin də qalibini tay-breyk müəyyən edib. Beləliklə, rəqibə qalib gələn “Təhsil” komandası l liqanın çempionu tituluna yiyələnib. “Azərbaycan Ali Hərbi Məktəb” gümüş medalın sahibi, “Murov-2” isə çempionatın bürünc mükafatçısı olub. Komandaların mükafatlandırma mərasimi Super və Yüksək Liqa yarışlarının qalibləri ilə eyni vaxtda olacaq. Qeyd edək ki, birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizə aparıb. |
|
Xəbər 480 dəfə oxundu. |
|
|