Naxçıvanda “Coca-Cola məktəbli kuboku”na yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku”nun Naxçıvan Muxtar Respublika üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbin komandası ilə Şərur rayonu Aşağı Daşarx kənd orta məktəbinin kollektivi qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Aşağı Daşarx kənd orta məktəbinin komandası Naxçıvan üzrə “Coca-Cola məktəbli kuboku”nun qalibi olub və turnirin növbəti pley-off mərhələsinə vəsiqə qazanıb.

Xəbər 225 dəfə oxundu.