“Bakı” məşqlərə başlayıb
Premyer Liqada yaranmış fasilə ilə əlaqədar avqustun 31-də istirahətə buraxılmış “Bakı”nın futbolçuları yenidən bir araya gəliblər. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Bojidar Bandoviç çalışmalara milli komandalara çağırılmış futbolçularsız başlayıb.

Paytaxt təmsilçisi çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq görüşü keçirməyi planlaşdırır. “Bakı” avqust ayının 7-də əvəzedici komandası ilə görüşəcək.

Xəbər 882 dəfə oxundu.