Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə məğlub olub
Aprelin 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə Coy Lens-Mikels, 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodriges vurub. "Qartallar"ın yeganə qoluna 48-i dəqiqədə Hamidu Keyta imza atıb.

Xallarının sayını 32-ə çatdıran "Sabah" 5-ci, 36 xala malik "Zirə" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib. XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Xəbər 260 dəfə oxundu.