Azərbaycanın U-19 komandası maltalı həmyaşıdlarına məğlub olub
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün Malta yığması ilə qarşılaşıb.

Şimali İrlandiyada keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 1-ci dəqiqəsində Pərvin Səfərəliyeva vurub.

Komandamız qrupda sonuncu oyununu aprelin 12-də meydan sahibi Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Xəbər 221 dəfə oxundu.