Velosiped idmanı üzrə Azərbaycan çempionatı keçilib
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından idman.com.az saytına verilən məlumata görə, yürüşdə müxtəlif yaş qruplarından olan 41 idmançı fərdi və qrup şəklində iştirak edib. Turnir 4 mərhələdə baş tutub.

Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə 120 kilometr məsafə qət ediblər. Növbəti mərhələlərdə qrup yarışları Quba-Xudat-Qusar-Quba marşrutu üzrə keçirilib. Sonuncu mərhələdə Quba şəhəri və rayonun İspik kəndi arasında fərdi ötüşmə təşkil olunub. Ümumilikdə, verlosipedçilər 500 kilometrə yaxın məsafə qət edmiblər.

Azərbaycan çempionatının ümumi nəticəsinə görə, U23/elit yaş qrupunda 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Elmar İsmayılov, 3-cü yeri Akif Abdullayev tutublar.
U17-lərin yarışında 1-ci yerə Ceyhun İlyasov, 2-ci yerə Ruslan Həsənov, 3-cü yerə Elgün Əlizadə, U15-lərin yarışışında isə 1-ci yerə Maksim Naperstkov, 2-ci yerə Zahid Əliyev, 3-cü yerə Tural Xanməmmədov çıxıblar.

Xatırladaq ki, bu yaxınlarda velosipedçilərimizdən ibarət milli komandamız Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Azərbaycan milli komandasının üzvü Nicat Niftaliyev Avropa Velosiped Turunda Kriterium yarışında 3-cü yeri tutub.

Bundan başqa, milli komandamızın üzvləri Elçin Əsədov Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanıblar. 16-24 sentyabrda Niderlandda keçiriləcək planetin ən güclülərinin yarışında Elçin Əsədov həm qrup ötüşməsində, həm də fərdi ötüşmədə bəxtini sınayacaq. Onun komanda yoldaşı Tural İsgəndərov isə 19-23 yaş kateqoriyasında fərdi ötüşmədə iştirak edəcək.

Xəbər 1443 dəfə oxundu.