Azərbaycan milli komandasının heyətində dəyişiklik olub
Bakıda təlim-məşq toplanışı keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Qəbələ” klubunun üzvü Okan Təhməzli zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək. Onun əvəzinə “Səbail” klubunun üzvü Yaqub Yusubov hazırlıq prosesinə cəlb olunub.

Qeyd edək ki, U-18-in toplanışı əvvəldən nəzərdə tutulduğu kimi aprelin 23-dən deyil, 24-dən başlayacaq.

Xəbər 259 dəfə oxundu.