Millimizin sabiq üzvləri Rail Məlikov və Ruslan Əmircanov futbolçu karyeralarını başa vurublar
Azərbaycan millisinin sabiq üzvləri - Rail Məlikov və Ruslan Əmircanov futbolçu karyeralarını başa vurublar.

Şamaxı”nın oyunçuları komandalarının Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə Şamaxıda keçirilən oyunundan əvvəl futbolla vidalaşıblar.

“Şamaxı” klubunun rəhbəri Zaur Axundov matçdan əvvəl hər iki oyunçuya xatirə formaları hədiyyə edib.

Xatırladaq ki, R.Məlikov və R.Əmircanov bir müddətdir məşqçilikdə B kateqoriyası üzrə kurslarda iştirak edirlər.

Xəbər 281 dəfə oxundu.