Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyinin göstərilməsinə dair Sərəncam imzalayıb
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Güləş Federasiyasına Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.

Xəbər 327 dəfə oxundu.