Azərbaycanda işləmiş məşqçinin yeni klubu müəyyənləşib
Azərbaycanda işləmiş türkiyəli məşqçi Mehmet Akın yeni klubu müəyyənləşib.

O, futbol üzrə Türkiyə İkinci Liqa təmsilçisi "1461 Trabzon"un baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb.

Mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, M.Ak “Qarabağ” və “Neftçi”də məşqçi kimi işləyib.

Xəbər 341 dəfə oxundu.