Bu gün cüdo üzrə Bakı birinciliyində 6 çəki dərəcəsində qaliblər müəyyənləşəcək
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan kiçik yaşlı (2008-2010-cu il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyində ikinci günün yarışları keçirilir.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnirin ikinci günündə oğlanlar 38, 50, 66, qızlar isə 32, 44, 57 kiloqram çəki dərəcələrində yarışırlar.

Qeyd edək ki, birincilikdə Bakının müxtəlif klublarından, cəmiyyət və təşkilatlardan, ümumilikdə 800-ə yaxın idmançı gücünü sınayır.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formlaşdırmaq, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda, perspektivli idmançıları müəyyən edərək onların U-15 yeniyetmələrdən ibarət milli yığma komandaya cəlb etməkdir.

Yarışa aprelin 10-da yekun vurulacaq.

Xəbər 223 dəfə oxundu.